Dimitrovqradda müsəlman məhbuslar işgəncələrə etiraz etmək üçün damarlarını kəsiblər.
KONKRET.az-ın məlumatına görə, Gulagu.net layihəsi həbsxanada işgəncə və təhqirlər barədə məlumat yayıb. Federal Penitensiar Xidmətin əməkdaşları məhbusları dini inanclarına və milli mənsubiyyətinə görə döyüb və təhqir ediblər.
Gulagu.net insan haqları layihəsi koloniyalarda işgəncələrə dair yeni məlumatlar dərc edib. Bu dəfə söhbət Dimitrovqraddakı (Ulyanovsk vilayəti) həbsxanadan gedir. Orada məhbuslar işgəncə və təhqirlərə etiraz edərək damarlarını və qarınlarını doğrayıblar.
Həbsxana əməkdaşları əsasən Çeçenistan və İnquşetiyadan olan oruc tutan müsəlman məhbusları döyüblər. Həmçinin kameralarda aparılan axtarışlar zamanı Federal Penitensiar Xidmətin maskalı döyüşçüləri onlara məxsus Qurani-Kərimləri və namaz xalçalarını məhv ediblər. Məhkumlar dini və milli mənsubiyyətlərinə görə alçaldılır.
Etirazı digər qeyri-müsəlman məhbuslar da dəstəkləyib, onlar da həmrəylik əlaməti olaraq damarlarını kəsiblər.
Xuraman Etibarlı,
KONKRET.az
