DİN: Ağsuda avtomobil dərəyə aşdı – ölənlər varbackend

DİN: Ağsuda avtomobil dərəyə aşdı - ölənlər var

Ağsu dolaylarında “Mercedes” markalı avtomobil dərəyə aşıb, ölənlər var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan KONKRET.az-a bildirilib ki, noyabrın 6-sı saat 09:30 radələrində Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*