DİN-dən əhaliyə XƏBƏRDARLIQ – Diqqətli olun!backend

DİN-dən əhaliyə XƏBƏRDARLIQ - Diqqətli olun!

Daxili İşlər Nazirliyi (DİN) çatdırılma şirkətləri adından göndərilən saxta mesajlarla bağlı əhaliyə müraciət edib.

KONKRET.az xəbər verir ki, müraciətdə vətəndaşlara çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara qarşı diqqətli olmaq tövsiyə olunub.

“İtmiş məlumatlara görə çatdırıla bilməyən yük və ya bağlama olduğunu bildirən yanlış mesajlara etibar etməyin. Mesajda yönləndirilən saxta linklərə keçid etməyin. Yeniləmə adı altında yaradılmış saxta formaları doldurmayın, şəxsi və kart məlumatlarınızı paylaşmayın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*