Lerikdə səkkiz nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi – RƏSMİ AÇIQLAMAbackend

Lerikdə səkkiz nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi - RƏSMİ AÇIQLAMA

Lənkəranda turist daşıyan avtobusun qəzaya uğramasının bəzi detalları məlum olub.

Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub.

İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb.

Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*