DİN Kəlbəcərdəki bu görüntülərə aydınlıq gətirdi – VİDEObackend

DİN Kəlbəcərdəki bu görüntülərə aydınlıq gətirdi - VİDEO

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə xırda və iribuynuzlu heyvanların işğaldan azad edilmiş Kəlbəcər rayonuna yaylağa aparılması ilə bağlı görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Anar Qafarov KONKRET.az-a bildirib ki, qeyd edilən görüntülərdə yaylağa aparılan mal-qaranın bir qismi dövlətin balansında, bir hissəsi isə Kəlbəcər rayonundan olan fermerlərə məxsusdur. Həmin şəxslərin sürünü yaylağa aparmaq barədə müvafiq dövlət qurumundan icazələri olduğundan mal-qara, eləcə də sürünün yanındakı şəxslərin polis və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə təhlükəsizlik tədbirləri görülməklə qeyd edilən yaylağa aparılması təmin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*