Vətəndaş internet üzərindən sifariş zamanı saxta ödəniş çeki ilə satıcını aldatmağa cəhd edib.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bununla bağlı satıcı sosial şəbəkədə insanları diqqətli olmağa çağırıb.
Onun sözlərinə görə, “TikTok” canlı yayımı zamanı bir şəxs məhsul sifariş edərək ödəniş etdiyini göstərən çek göndərib. Satıcı çekə inanaraq sifarişi təsdiqləsə də, daha sonra bank hesabını yoxlayarkən vəsaitin daxil olmadığını müəyyən edib. Qeyd edib ki, göndərilən çek saxta olub.
O, sonradan həmin şəxslə əlaqə saxlamağa çalışıb. Qarşı tərəf əvvəlcə deyilənləri inkar etsə də, sonra nömrəni bloklayaraq, zəng və mesajlara cavab verməyib.
