Diş həkimi rekorda imza atdı – Almaniyadabackend

Diş həkimi rekorda imza atdı - Almaniyada

Almaniyanın Offenbax şəhərində stomatoloq Maks Lukas Ginnesin rekordlar kitabına düşüb. Belə ki, diş həkimi ona müraciət edən xəstənin dişini çıxarakən qeyri-adi halla rastlaşıb. Deməli, həmin xəstənin dişinin kökünün dərinliyi 3,7 sm-ə bərabər olub. Həkim əvvəlcə rentgen vasitəsilə müəyyənləşdirib ki, dişin kökü dərinə işləyib. Amma əməliyyat zamanı bu qədər dərinliyin olmasını stamotoloq təsəvvürünə də gətirməyib.

Maks Lukas bir il müddətində bu əməliyyatla bağlı sənədləri toplayaraq Ginnesin redaksiyasına təqdim edib. Nəticə isə onun ürəyincə olub. Onun bu əməliiyatı rekordlar kitabında qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*