“Mən gələcəyin gözəl Rusiyasına inanıram və hesab edirəm ki, Putin Rusiyası Ukraynaya hücum edərək bu rejimin ömrünü xeyli azaldıb, bütün prosesləri xeyli sürətləndirib”.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı yazıçı Dmitri Bıkov “Navalny LIVE” Youtube kanalına verdiyi müsahibədə vurğulayıb.
Jurnalistin Rusiyanın gələcəyini necə görürsünüz?, – sualına o belə cavab verib ki, “Hələ yanvar ayında mən tam olaraq güman edirdim ki, belə getsə Putinin hakimiyyəti altında hələ çox uzun müddət yaşamalı olacam. Amma indi mən tam əminəm ki, Putinin vaxtına az qalıb”, – deyə D.Bıkov bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
