Dmitri Peskov Marqarita Simonyana yerini göstərdibackend

Dmitri Peskov Marqarita Simonyana yerini göstərdi

“Marqarita Simonyan bir media meneceri və jurnalistdir, Rusiya Federasiyasının rəsmi sözçüsü ola bilməz. Bu məsələ gündəmdə deyil. Bilirsiniz ki, Rusiya Ukraynadakı daxili  böhranın tənzimlənməsinə kömək üçün göstərilən səylər çərçivəsində çox məsuliyyətli bir mövqe tutur. Rusiya Donbasdakı rusdilli əhalinin maraqlarını qorumaq üçün ardıcıl və məsuliyyətli iş aparır və rusları qorumağa davam edəcək”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Marqarita Simonyanın Donbasın Rusiyaya birləşdirilməsi barədə çağırışına münasibət bildirərkən deyib.

Xatırladaq ki, yanvarın 28-də Donetskdə keçirilən “Rusiyanın Donbas forumu”nda çıxış edən Simonyan Kremli Donbası Rusiyaya ilhaq etməyə çağırmışdı.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*