Dövlət Departamenti: “Ukrayna Rusiyaya görə NATO-ya qəbul edilməyəcək”backend

Dövlət Departamenti: "Ukrayna Rusiyaya görə NATO-ya qəbul edilməyəcək"

Vaşinqtonu Moskva ilə münaqişəyə cəlb etməmək üçün Kiyev hələ Şimali Atlantika Alyansına qəbul edilməyəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.

Onun sözlərinə görə, Prezident Co Bayden açıq şəkildə bildirib ki, onun rəhbərliyi altında ABŞ Rusiya ilə qarşıdurmaya getməyəcək.

“Ukraynanın müharibə şəraitində olduğu bir vaxtda NATO-ya qəbul edilməsi məqsədəuyğun deyil. Bu, ABŞ-ın Rusiya ilə müharibəyə girməsi deməkdir. Prezident Bayden əvvəldən açıq şəkildə bildirib ki, o, rəhbərlik etdiyi müddətdə bu, baş verməyəcək”, – Miller brifinqdə deyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*