Dövlət xidməti ət bazarında qiymətlərlə bağlı araşdırmalar aparırbackend

Dövlət xidməti ət bazarında qiymətlərlə bağlı araşdırmalar aparır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həftədə iki dəfə ət bazarlarında mal və qoyun ətinin qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər həyata keçirilir.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”un Qurban bayramı ərəfəsində ət bazarında vəziyyət ilə bağlı sorğusuna cavab olaraq Dövlət Xidmətindən bildirilib.

Qurumun cavabında qeyd olunub ki, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənməyən malların (işlərin, xidmətlərin), o cümlədən qoyun ətinin qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir:

“Əlavə olaraq bildiririk ki, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkənin istehlak bazarında qiymət manipulyasiyalarına yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir. Belə ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında gündəlik monitorinqlər aparılır. Bununla yanaşı, həftədə iki dəfə ət bazarlarında mal və qoyun ətinin qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər həyata keçirilir. Tədbirlər çərçivəsində Dövlət Xidməti həmçinin bir sıra qida məhsullarının qiymətində olan dəyişikliklərin antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olmasının yoxlanılması məqsədilə bazarda araşdırmalar aparır”.

Dövlət Xidməti istehlakçılara istehlak bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsi ilə Dövlət Xidmətinə müraciət etmələrini tövsiyyə edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*