Dünən XİN-ə çağırılmışdı, bu gün getdi – VİDEObackend

Dünən XİN-ə çağırılmışdı, bu gün getdi - VİDEO

Xəbər verdiyimiz kimi, dünən Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az-ın TASS-a istinadən məlumatına görə, səfir bu gün Rusiya XİN-ə gedib.

Diplomat Xarkovda Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində fransalı muzdlu döyüşçülərin ölməsi ilə əlaqədar çağırılıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 17-si Xarkovda xarici muzdlu döyüşçülərin yerləşdiyi obyektə zərbə endirildiyini açıqlayıb. Həmin muzdluların əsas hissəsini fransız döyüşçülərin təşkil etdiyi bildirilib. Nazirliyin məlumatına görə, zərbə nəticəsində 60-dan çox muzdlu ölüb, daha 20 nəfər isə xəstəxanaya yerləşdirilib. Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova fransalı səfirin nazirliyə çağırıldığını açıqlayıb.Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*