“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin yanvar müqaviləsinin dəyəri 0,02% artaraq 1 barelə görə 95,84 ABŞ dolları təşkil edib.
KONKRET.az xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin dekabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,2% azalaraq 88,56 ABŞ dollarına bərabər olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 2,8 dollar və ya 2,8% artaraq 102,68 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 99,88 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
