Dünya Putinin şəxsi komplekslərindən BEZİB – Podolyak – FOTObackend

Dünya Putinin şəxsi komplekslərindən BEZİB - Podolyak  - FOTO

Dünya Putinin şəxsi komplekslərindən bezib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində yazıb.

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında dünya işğalçı ölkə prezidentinin qaz şantajından və komplekslərindən bezməyə başlayıb.

Podolyakın sözlərinə görə, sivil cəmiyyət Rusiya Prezidenti Vladimir Putinin davranışından yorulub.

“Ukraynadan yoruldum” ifadəsini unudun. Dünya Ukraynanı dəstəkləməkdən yorulmayıb. Dünya Rusiyanın qaz şantajından, süni böhranlardan, inflyasiyadan, siyasi sui-qəsdlərdən, kimyəvi silahlardan, terrordan və daimi həyasız yalanlardan bezib. Dünya Putinin şəxsi “kompleksləri” bezib”, – deyə Podolyak qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*