Dünya şöhrətli rəssam İbrahim Safinin Avropadakı həyat və fəaliyyəti tədqiq olunacaq – FOTObackend

Dünya şöhrətli rəssam İbrahim Safinin Avropadakı həyat və fəaliyyəti tədqiq olunacaq - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən 2021-ci il qrant müsabiqəsinin qaliblərindən olan Milli Mədəniyyətin Təbliği İctimai Birliyi yeni layihəyə start verib.

KONKRET.az xəbər verir ki, təşkilatın builki layihəsi “Azərbaycanın və Türkiyənin ortaq dəyəri dünya şöhrətli rəssam İbrahim Safinin Avropadakı həyat və fəaliyyətinin tədqiqi” adlanır.

Layihəyə həsr olunmuş ilk dəyirmi masanı açan Birliyin rəhbəri Jalə Cəfərova bildirib ki, layihənin icra müddəti 1 fevral – 1 iyun 2022 -ci il tarixlərini əhatə edəcək: “Layihənin əhatə dairəsi Bakı, İstanbul, Yunanıstan və Paris şəhərləridir. Layihənin əsas məqsədi, Azərbaycanın rəssamlıq məktəbinə töhvə vermək, dünya şöhrətli rəssam İbrahim Safinin Avropa yaradıcılığının tədqiqi və təbliğidir. Bir il öncə İbrahim Safinin həyat və yaradıcılığına həsr olunmuş “Rəngləri danışdıran adam” adlı tədqiqat xarakterli kitabının davamı olacaq. Rəssamın Avropada yaşayıb yaratdığı əsərlərinin axtarışı, onu tanıyan insanlardan (rəssam,kolleksioner,ən müxtəlif peşə sahibləri) müsahibələr alınacaq. Görüləcək işlər İbrahim Safi yaradıcılığının mühüm əhəmiyyət kəsb edən məqamlarını ortaya qoyacaq. Bu zamana qədər İbrahim Safinin yaşadığı müddətdə yüzə qədər fərdi sərgisi keçirilsə də, arxivlərdən bəzi sənədlər əldə edilsə də, bütün bu işlər axıra qədər öyrənilməyib və lazımı səviyyədə təbliğ olunmayıb”.

J. Cəfərova qeyd edib ki, xalqımız İbrahim Safini öyrənib, tanıdıb, təbliğ etməklə multikultural dəyərlərə nə qədər əhəmiyyət verdiyini bir daha göstərəcək. Azərbaycanın mənəvi dəyərlər xəzinəsinə, ensklopediyamıza İbrahim Safi kimi dünyaşöhrətli rəssam “Qafqazlardan gələn rəssam” kimi deyil, Azərbaycan rəssamı kimi daxil olacaq.

Dəyirmi masada media nümayəndələrindən Rüfət Muradlı, Fərqanə Muradova, gənc tələbə jurnalist Ələsgər İsmayılov, Azad Müəllimlər İctimai Birliyinin rəhbəri Pərvanə Talıbova, Uşaqların Gələcəyi Naminə İctimai Birliyin rəhbəri Könül Quliyeva, həkim Aytən Felmarqızı, iqtisadiyyatçı Cəmil Hüseynov və digərləri iştirak ediblər.

Tədbirdə Jalə Cəfərovanın “Rəngləri danışdıran adam” kitabı əsasında çəkilən eyni adlı sənədli filmin qısa variantı nümayiş olunub.

No description available.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*