Dünyaca məşhur şirkət uşaq pudrasının satışını DAYANDIRACAQbackend

Dünyaca məşhur şirkət uşaq pudrasının satışını DAYANDIRACAQ

ABŞ-ın “Johnson & Johnson” şirkəti 2023-cü ildə uşaq pudrasının satışını dayandıracağını açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb şirkətin istehsal etdiyi uşaq pudrasının tərkibində kanserogen maddələrin olmasıdır.

“Biz qarğıdalı nişastasına əsaslanan uşaq pudrası portfelinə keçmək üçün kommersiya qərarı verdik”, – şirkətin açıqlamasında deyilir.

Bildirilir ki, körpə pudralarının tərkibində kanserogen maddə asbest olduğu üçün şirkətə qarşı istehlakçılar tərəfindən 38 min məhkəmə iddiası qaldırılıb.

Qeyd edək ki, şirkət 2018-ci ildə Missuri ştatında talk pudrasının qadınlarda yumurtalıq xərçənginə səbəb olduğu iddiasında 22 qadına 4,7 milyard dollar təzminat ödəməyə məhkum edilmişdi.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*