Dünyada COVID-19-a yoluxma bir ayda 80% ARTDI – STATİSTİKAbackend

Dünyada COVID-19-a yoluxma bir ayda 80% ARTDI - STATİSTİKA

İyulun 10-dan avqustun 6-dək qeydə alınan COVID-19-a yoluxma sayı əvvəlki 28 günlə müqayisədə 80% artıb. Bununla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji xülasəsində göstərilir ki, koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 57% azalıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, dünya üzrə iyulun 10-dan avqustun 6-dək COVID-19-a təxminən 1,5 milyon yeni yoluxma qeydə alınıb və infeksiya nəticəsində 2,5 mindən çox insan ölüb.

Belə ki, 28 gün ərzində 234 ölkədən 103-ü (44%) ÜST-ə ən azı bir COVID-19 hadisəsi barədə məlumat verib.

6 avqust 2023-cü il tarixinə bütün dünyada 769 milyondan çox təsdiqlənmiş yoluxma və 6,9 milyondan çox ölüm var.

Məlumata görə, 28 gün ərzində yoluxmaların sayı ÜST-nin altı regionundan beşində – Afrika (-77%), Cənub-Şərqi Asiya (-57%), Şərqi Aralıq dənizi (-50%), Avropa (- 46%), Şimali və Cənubi Amerika (-42%) – azalıb. Bununla belə, Qərbi Sakit okean regionunda yoluxmaların sayı 20% artıb.

Göstərilən müddət ərzində sakinləri koronavirus infeksiyasından ölən ölkələr arasında birinci yeri Braziliya tutur (500 ölüm, – 42%). Ondan sonra Cənubi Koreya (340 ölüm, +91%), Rusiya (205 ölüm, -52%), Peru (161 ölüm, -61%) və Avstraliya (151 ölüm, -82%) gəlir.

Qeyd edək ki, avqustun 10-da Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının – EG.5 “Eris”in dünyada sürətlə yayıldığını elan edib. İlk dəfə EG.5 ştammına yoluxma fevralın 17-də qeydə alınıb. Eyni zamanda, ÜST hesab edir ki, koronavirusun yeni versiyası qlobal səviyyədə əhali üçün böyük risk yaratmır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*