Dünyada dəyəri ən çətin anlaşılan şey doğru sözdürbackend

Dünyada ən çətin anlaşılan şey doğru sözdür - SİTATLAR

İstanbul Universiteti tibb fakültəsində “Sami Zan” adlı möhtəşəm bir anatomiya müəllimi vardı… Müəllimlərin müəllimi idi. Dərslərində söylədiyi yığcam və dərin mənalı sözləri dinləmək üçün bütün fakültələrdən tələbələr gələr, sinif ağzınadək dolardı.

• Meyvəsi palçığa düşür deyə ağacı lənətləməzlər.

• Həkim adətən xəstəsini təsəlli edir, nadir hallarda müalicə.

• Universitetə girib çıxmayanlara professor deyilir.

• Oxumaq sənəti – əsasları xatırlamaq, detalları unutmaqdır.

• Məncə ən acınacaqlı insan vəzifəsində maaşdan başqa heç nə qazana bilməyəndir.

• Həyat = Əmək × Dürüstlük × Elm/Bilik × Bacarıq × Şans.
Əgər şans sıfırdırsa, nəticə də böyük bir SIFIR olur.

• Həyat üstü pambıqla örtülmüş qazıq tarlasıdır.

• Həyatda bütün maneələr üstündən keçilmək üçündür, qarşısında dayanmaq üçün yox.

• Yüksəlmək üçün öz ayaqlarınızdan istifadə edin, başqalarının kürəyindən və əllərindən yox.

• Yaxşılıq bəlkə unudular, amma ölməz. Pislik ölər, amma unudulmaz.

• Göz sivilizasiyalar yaradar, amma sivilizasiyalar bir göz belə yarada bilməz.

• Sevmək qarşı-qarşıya oturub bir-birinə baxmaq deyil, bəlkə birlikdə eyni istiqamətə baxmaqdır.

• Söndürə bilməyəcəyin odunu yandırma.

• Hər kəsin tər qoxusu fərqlidir – barmaq izi kimidir.

• Yolun davamını görə bilmirsinizsə, demək döngəyə çatmısınız.

• Tale sənə bir limon veribsə, ondan limonad hazırlayacaqsan.

• Hüzur, səadət, xoşbəxtlik – insanın sevdiyi işi görməsi deyil, gördüyü işi sevməsidir.

• İbrət al, ibrət olma.

• Zaman pula bənzər: lazımsız xərclənməzsə, yetər.

• Zəruri olan, sadəcə “lazım” olandan əvvəl gəlir.

• Fəlakətə dözə bilməmək, əsl böyük fəlakətdir.

• Gələcəyinlə bağlı ən böyük kahin keçmişindir.

• Aşağıda olan yıxılmaqdan qorxmaz.

• Heç vaxt çıxdığın qapını sürətlə çırpma; geri qayıtmaq istəyə bilərsən.

• Qapını qıfıl, qadını igid saxlayar…

• Dörd şeyə güvənmə: qış havasına, düşmən sevgisinə, rəhbərin iltifatına, qadın sədaqətinə.

• Dünyada dəyəri ən çətin anlaşılan şey doğru sözdür.

• Həqiqi ürək hər şeyi bağışlayar.

• Böyük hüzur və səadətlər ağrı çəkmədən əldə edilmir.

• Təhlükə “gəlirəm”, namus isə “gedirəm” deməz.

• Həyatda nəsihətçi olaraq ÖLÜM kifayətdir.

• Pul yaxşı bir nökərdir, amma pis bir ağadır.

Prof. Dr. Efrasiyap Gemalmaz
Foto: Prof. Dr. Sami Zan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*