Son günlər dünya gündəmini məşğul edən hadisələrdən biri də ABŞ Prezidenti Donalt Trampın koronovirusa yoluxması oldu. Baxmayaraq ki, Tramp özünü o yerə qoymurdu, həkimlərin əsəbləri ilə oynayırdı və heç nədən qorxmadığını söyləyirdi, Twitter səhifəsində paylaşımlar edirdi.
Lakin reallıq heç də cənab Trampın dediyi kimi ürəkaçan deyil. Tək bir faktı deyək ki, son 1 ildə dünyada 36 milyondan çox insan karonavirusa yoluxub. Yoluxanlardan nə-az,nə çox 1 milyonu bu gözəl dünya ilə vidalaşmaq məcburiyyətində qalıb.
Götürəndə elə koronavirusdan ən çox əziyyət çəkən ölkə məhz ABŞ dövlətidir. Belə ki, bu günədək ABŞ–da 8 milyon 52 min 478 nəfər bu pandemiyaya yoluxub. Yoluxanlardan isə 202 min 308-i həyatını itirib. 2 milyon 600 mindən artıq xəstə isə hazırda pandemiya ilə ölüm-dirim mübarizəsindədir.
Bəs bu acınacaqlı rəqəmlər fonunda ABŞ dövlətinin başçısı niyə bu qədər laqeyd danışır. Ümumdünya Səhiyyə Təşkilatı havaların soyuması ilə əlaqədar pandemiyanın daha güclü dalğasının gələcəyini ehtimal etdiyi bir vaxtda Tramp sosial media saytı Twitter-də çox optimist görünür.
“…Qarşıdan qrip mövsümü gəlir! Hər il bir çox insan, bəzən 100.000-dən çox insan peyvəndi olmasına baxmayaraq, qripdən ölür. Ölkəmizi bağlayacağıqmı? Xeyr, COVID-19-la yaşamağı öyrəndiyimiz kimi, bununla da yaşamağı öyrəndik, əksər hallarda ölümcül dərəcə azdır !!!
Doğrudanmı COVID-19 cənab Trampın dediyi kimi o qədər də təhlükəli deyil?! Amma rəqəmlər Ağ Ev rəhbərini birmənalı şəkildə təkzib edir. Belə ki, ABŞ-da mövsümi qrip hər il ən çox payız və qış aylarında yayılır. Dekabr-fevral ayları arasında isə qrip pik həddə çatır. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatlarına görə, 2019-2020 qrip mövsümü ərzində 38 milyon insan qripə yoluxub. Onlardan 18 milyonu səhiyyə müəssisələrinə müraciət edib. 400 min nəfər xəstəxanaya yerləşdirilib, 22 min nəfər ölüb.
Son 10 ilin ən ölümcül qrip mövsümü isə 2017-2018-ci illərə təsadüf edib. Bu mövsümdə isə cəmi 61 min insan qripdən dünyasını dəyişib. Ümumilkdə isə son 5 ildə mövsümi qripdən ölənlərin ümumi sayı ABŞ-dakı mövcud koronavirus pandemiyasından ölənlərin sayından xeyli sayda azdır. Bu isə onu göstərir ki, COVID-19 cənab Trampın dediyi qədər də adi qrip deyil. Ona görə də havaların soyuması ilə pandemiyanın yeni və daha güclü dalğasının gəlmə ehtimalı böyükdür.
SURXAY ATAKİŞİYEV
KONKRET.az
