ABŞ-da qətldə təqsirli bilinərək ölüm cəzasına məhkum edilən qadın iki ölümcül iynə vurulmasına baxmayaraq, sağ qalıb.
KONKRET.az xəbər verir ki, 50 yaşlı Krista Paykın barəsində çıxarılmış ölüm hökmü icra olunarkən ona zəhərli kimyəvi maddələrdən ibarət iki iynə vurulub. Lakin qadın ölməyib. Bundan sonra o, Neşvildəki yüksək təhlükəsizlik rejimli Riverbend həbsxanasından xəstəxanaya aparılıb.
Bu, Tennessi ştatında son 200 il ərzində qadına münasibətdə ölüm hökmünün icra edildiyi ilk hadisə olub.
1995-ci ildə 18 yaşlı Krista Payk və onun sevgilisi Tadaril Şipp 19 yaşlı Kollin Slemmeri öldürüblər. Slemmer Paykın sinif yoldaşı olub.
Bir il sonra Payk qətldə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. O, ABŞ-ın müasir tarixində ölüm cəzasına məhkum edilmiş ən gənc qadın kimi tanınıb.
İş böyük rezonans doğurub. Buna səbəb Slemmerin meyitinin sinəsində pentaqram təsvirinin aşkar edilməsi olub. Pentaqram satanizmlə əlaqələndirilən simvollardan biri hesab olunur.
Ağagül Mürsəlov,
KONKRET.az
