Evlərdə donuz saxlamaq qadağan edildi – Bir məhkəmə qərarıbackend

Evlərdə donuz saxlamaq qadağan edildi - Bir məhkəmə qərarı

Berlin İnzibati Məhkəməsi bir qadına liftsiz köhnə binanın dördüncü mərtəbəsindəki 70 kv. m-lik mənzildə cırtdan donuz saxlamağı qadağan edib.

KONKRET.az xəbər verir ki, bu barədə RBB telekanalı məlumat verir.

Donuzun sahibi heyvana kifayət qədər yer olduğunu iddia edib. Onun sözlərinə görə, donuz qışda divanda uzanmağı sevir, isti mövsümdə isə mütəmadi olaraq bağ evində və şəhərdənkənar fermada olur, orada pony və itlərlə ünsiyyət qurur.

Məhkəmə bu arqumenti qəbul etməyib. Qərarda bildirilib ki, daimi gəzinti imkanı, torpağı eşmək və palçıqda yuvarlanmaq imkanı olmadan donuz üçün Heyvanların Müdafiəsi Qanununa uyğun saxlanma şəraiti təmin etmək mümkün deyil.

2024-cü ilin martında rayon idarəsi qadını cırtdan donuzu münasib şəraitdə, digər donuzlarla birlikdə saxlamağa məcbur etmişdi. İdarə qeyd etmişdi ki, heyvanın dayaq-hərəkət aparatı pilləkənlə qalxmaq üçün uyğun deyil. O zaman qadın bu qərardan şikayət etmişdi.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*