Müğənni Rihanna uzun fasilədən sonra instaqramda canlı yayım edib.
KONKRET.az xəbər verir ki, pop ulduz pərəstişkarlarının yeni albom çıxaracağı barədə suallarına sərt cavab verib.
“Mən dünyanı xilas edirəm, buna çalışıram, nə albom? Bu mövzuda mənə bir daha sual verməyin”,- deyə bildirib.
Xatırladaq ki, Rihanna koronavirusla mübarizəyə 4,5 milyon dollar ayırıb.
Qeyd edək ki, sənətçinin atası Ronald Fenti də pandemiyaya yoluxub, o, valideyninin müalicə aldığı xəstəxanaya 700 min dollarlıq süni nəfəsalma cihazı bağışlayıb.
