Dünyanın ən böyük aktiv vulkanı püskürdübackend

Dünyanın ən böyük aktiv vulkanı püskürdü

Havay adalarında yerləşən Mauna Loa vulkanı püskürməyə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, hazırda vulkanın lavaları hələlik zirvədə dayanıb. Buna baxmayaraq xəbərdarlıq edilib ki, vulkan püskürməsi çox dinamik ola və lava axınlarının yeri və irəliləməsi sürətlə dəyişə bilər.

Dünyanın ən böyük aktiv vulkanının yerləşdiyi Mauna Loa zirvəsi Havay adalarına daxil olan Böyük Adanın yarısından çoxunu tutur. 4169 metr hündürlükdə olan vulkan sonuncu dəfə 1984-cü ilin mart və aprel aylarında püskürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*