Dünyanın ən böyük aysberqi parçalandıbackend

Dünyanın ən böyük aysberqi parçalandı

Dünyanın ən böyük “A23a” aysberqi kiçik hissələrə parçalanaraq orijinal ölçüsündən 100 dəfə kiçilib.

KONKRET.az xəbər verir ki, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutu məlumat yayıb.

“Arktika və Antarktika Tədqiqat İnstitutunun alimlərinin son 40 ildir izlədiyi dünyanın ən böyük aysberqi olan “A23a” ömrünü başa vurur. Buz nəhəngi sahəsinin 99%-ni itirərək daha kiçik hissələrə parçalanıb”, – məlumatda qeyd olunub.

Məlumata görə, yanvar ayında sahəsi təxminən 1300 kvadrat kilometr olan aysberq hazırda 50 kvadrat kilometr qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*