Dünyanın ən nəhəng ticarət müqaviləsi imzalandı – Səkkiz illik danışıqlarbackend

Dünyanın ən nəhəng ticarət müqaviləsi imzalandı – Səkkiz illik danışıqlar

Avstraliya, Çin, Yaponiya və Cənubi Koreya da daxil olmaqla 15 Asiya-Sakit okean ölkəsi dünyanın ən böyük sərbəst ticarət müqaviləsini imzalayıb.

KONKRET.az xəbər verir ki, bu saziş “Regional Əhatəli İqtisadi Tərəfdaşlıq” (RCEP) müqaviləsi adlanır.

Cənub-Şərqi Asiya Millətlər Təşkilatının (ASEAN) 37-ci Liderlər Sammiti çərçivəsində keçirilən RCEP iclasında ASEAN üzvləri – Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tailand, Vyetnam, Avstraliya, Çin, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya liderləri səkkiz illik danışıqlardan sonra razılığa gəliblər.

İclasda çıxış edən Sinqapur Baş naziri Li Syanlun RCEP razılaşmasını “böyük bir dönüş nöqtəsi” adlandırıb: “8 il ərzində 46 danışıq və 19 nazir səviyyəsində görüşdən sonra bu günə gəldik. Bu müddətdə yorulmadan çalışan əlaqədar ölkələrin və nazirlərin səylərinə çox minnətdaram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*