Dünyanın ən varlı adamlarından biri VƏFAT ETDİbackend

Dünyanın ən varlı adamlarından biri VƏFAT ETDİ

Rakeş Cuncxunvala bazar günü 63 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, Mumbayda dünyasını dəyişən iş adamı 5,8 milyard dollar sərvəti ilə qlobal “Forbes” siyahısında 438-ci, Hindistanın ən varlı adamları arasında isə 36-cı yerdə idi.

Hindistanlı Uorren Baffet kimi tanınan milyarderin ölüm ilə bağlı ölkənin baş naziri Narendra Modi onun ailəsi və yaxınlarına başsağlığı verib. Hökumət başçısı qeyd edib ki, Cuncxunvala özünü tamamilə Hindistanın inkişafına həsr edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*