Dünyanın ən zəngin adamı 15 dəqiqədə 13,2 milyard dollar qazandıbackend

Dünyanın ən zəngin adamı 15 dəqiqədə 13,2 milyard dollar qazandı

Dünyanın ən zəngin adamı və Amazon şirkətinin rəhbəri Ceff Bezos 15 dəqiqəyə 13,2 milyard dollar qazana bilib.

KONKRET.AZ Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı “Bloomberg” nəşri yayıb.

Agentliyin məlumatına görə, Bezosun şirkətinin səhmləri 12% bahalaşaraq 2,1 min dollara qədər yüksəlib. Bu göstəricini hətta analitiklər belə proqnozlaşdıra bilməyiblər.

Hazırda Bezosun varidatı təxminən 130 milyard dollardır. Bu isə onu planetin ən zəngin insanları arasında ilk sırada möhkəmlədib.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*