Düşmən Qarabağa muzdluları cəlb etdiyini bu “qanun”la ETİRAF ETDİbackend

Düşmən Qarabağa muzdluları cəlb etdiyini bu “qanun”la ETİRAF ETDİ

Bu gün qondarma rejimin “parlament”ində “Müdafiə haqqında” qanuna dəyişikliklərin edilməsi barədə “qanun layihəsi” müzakirə olunub.

KONKRET.az xəbər verir ki, “sənəd” separatçı rejimin “başçısı” Araik Arutyunyanın təşəbbüsü ilə təqdim edilib.

“Qanun layihəsi” muzdluların Qarabağda döyüşlərdə iştirakını asanlaşdırmaq və qanuniləşdirmək məqsədi daşıyır.

Bununla Ermənistan tərəfi Qarabağa muzdlu döyüşçüləri cəlb etdiyini faktiki etiraf edir və bu əməllərinə hüquqi don geyindirməyə çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*