“EAD daily”: “İrəvan Zod mədənlərinin Ermənistan ərazisi olduğunu iddia edir”backend

“EAD daily”: "İrəvan Zod mədənlərinin Ermənistan ərazisi olduğunu iddia edir"

Noyabrın 27-də Kəlbəcər rayonunun Zod kəndi ərazisində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında insident baş verib. İnsidentə səbəb ermənilərin qızıl mədənlərini Ermənistan ərazisi saymalarıdır. Noyabrın 25-də Kəlbəcəri Azərbaycana təhvil verərkən ermənilər Zod kəndindəki mədənlərdə 10–dan artıq işçini saxlayıblar. Bu günsə həmin ərazidə insident baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “EAD daily” nəşri məlumat yayıb. Məlumatda deyilir ki, məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir: “Delimitasiya və demarkasiya (sərhədlər) uzun və mürəkkəb proseslərdir, bunlar dövlətlər arasında idarələrarası komissiyalar və işçi qrupları tərəfindən danışıqlar əsasında həyata keçirilir, nəticədə müvafiq beynəlxalq sənəd imzalanır. Ona görə də tələsib hər hansı bir qərar vermək yanlışlıq olardı”.

Nəşr daha sonra yazır: ”Erməni KİV-ləri noyabrın 25-də Azərbaycan Ordusunun Sotk (Zod-red) qızıl yatağı ərazisini “işğal” etməsi barədə xəbərlər yaymışdı. Bu, Qarabağla bağlı üçtərəfli razılığa əsasən, Kəlbəcər bölgəsinin Azərbaycanın nəzarətinə keçməsindən sonra baş verdi. Ermənistan Müdafiə Nazirliyi iki respublika arasındakı yeni sərhədin bu bölgəsində demarkasiya işlərinin aparıldığını, Rusiya və Azərbaycan tərəfləri ilə məsləhətləşmələrin olduğunu bildirən izahatlar verib. Nazirliyin verdiyi məlumata görə, sülh anlaşması nəticəsində Ermənistan-Azərbaycan sərhədinin uzunluğu təxminən 520 kilometr artıb. Daha sonra deyildi ki, Ermənistan hərbi idarəsi Ermənistan, Rusiya və Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin keçmiş Ermənistan-Qarabağda və indi Ermənistan-Azərbaycan sərhədində xüsusi vasitələrdən (GPS) istifadə edərək demarkasiya işlərinə başlanılıb”.

“EAD daily” əlavə edib ki, Zod Qafqazın ən böyük qızıl yatağıdır. Burda qızıl istehsalını ermənilərlə birgə mərkəzi ofisi Moskvada yerləşən “GeoProMining” şirkəti aparır. Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryan bildirib ki, noyabrın 26-da Sotk (Zod-red) yatağını idarə edən Rusiyanın adıçəkilən şirkəti mədəni qorumaq üçün təhlükəsizlik tədbirləri görüb, ərazi çoxsaylı minalarla hasarlanıb. İstehsal sahəsinə gedən yolda bir blok yaradılıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*