Əfqanıstanın şimalındakı Bəlx vilayətində yerləşən Məzari-Şərif şəhərindəki mədəniyyət mərkəzində partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti yerli mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, partlayış yerli vaxtla saat 11:00-da Məzari-Şərifdəki “Tabian” mədəniyyət mərkəzində baş verib.
Partlayış nəticəsində ölənlərin olduğu bildirilir, lakin onların dəqiq sayı hələlik məlum deyil.
Məlumata görə, ölənlər arasında jurnalistlər də var.
İqbal Rzayev,
KONKRET.az
