Əfqanıstandan RUSİYAYA YENİ MESAJ: “Cəhənnəmə xoş gəlmisiniz!”backend

Əfqanıstandan RUSİYAYA YENİ MESAJ: "Cəhənnəmə xoş gəlmisiniz!"

Taliban artıq tamamilə Əfqanıstana sahib çıxdı. Ölkənin Silahlı Qüvvələri və ABŞ-ın hərbi texnikası da daxil olmaqla ölkə demək olar ki, döyüşsüz Talibana təslim oldu. Necə deyərlər, heç bir texnika sıradan çıxarılmadı və işlək vəziyyətdə yeni sahibinə təqdim edildi.

Amerikanın planı əsasında bütün bunlar baş verdi. Əlbəttə ki, son hadisələrin sadəcə Talibanın gücü ilə baş verməsinə inanmaq ancaq və ancaq sadəlövhlük olardı. Çünki:

  • Heç bir terror qrupu nizami orduya qarşı dura bilməz.
  • Heç bir terror qrupu xalq istəməsə, hakimiyyətə gələ bilməz.
  • Heç bir terror qrupuna bu qədər silah-sursat, texnika buraxılmaz. Ən azından məhv edilər.

Bütün bu gedişlər məhz Qərb texnoloqlarının planıdır. Terrorçu qrupu hakimiyyətə gətirməkdə və saysız hesabsız texnika silah-sursat verməkdə bir məqsəd var. SSRİ-ni çökdürməyə start verən əfqan savaşının 2-ci fazası başlayır. Taliblərin əsas planı dağ-dərədən ibarət kasıb Əfqanıstana sahib olmaq deyildi. Onlar Qərbin planı və dəstəyi ilə rus imperiyasına sızaraq, uzun illər Rusiyanın cənub sərhədlərində təhlükə yaratmaqdır. Əsas plan Rusiyanı məhz bu regiona çəkib yenidən müharibəyə başlamaqdır. Talibanın ekspansiyası, Tacikistan, Özbəkistan və digər respublikalar olacaq. Rusiya isə istər istəməz bu dövlətləri qorumalıdır.

Artıq böyük oyuna start verildi. Qərb texnoloqları bu plan üzərində uzun müddət çalışırdılar. Münbit zaman yetişdi və plana start verildi.

Dünyanın tanınmış alalitiklərinin təbirincə desək, Əfqanıstandan Rusiyaya yeni mesaj verildi: “Cəhənnəmə xoş gəlmisiniz!”

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*