backend

Əfsanəvi futbolçunun oğlu ilə müqaviləyə xitam verildi

İspaniyanın “Qranada” klubu qapıçı Luka Zidanla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı qolkiperin müqaviləsinin ləğvi onun başqa kluba keçidini asanlaşdırmaq məqsədi daşıyır. İspaniya mətbuatının məlumatına görə, Luka Zidan karyerasını “Leqanes”də davam etdirəcək. Tərəflər arasında razılıq əldə olunub və transferin qısa müddətdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, əfsanəvi futbolçu və məşqçi Zinəddin Zidanın oğlu olan Luka Zidan 2024-cü ildən “Qranada”da çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*