Əhali ötən ay tibbi məhsullara 112 mln. manat vəsait XƏRCLƏYİBbackend

Əhali ötən ay tibbi məhsullara 112 mln. manat vəsait XƏRCLƏYİB

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 512 milyon manat vəsait xərclənib.

KONKRET.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% və ya 66.7 milyon manat azdır.

Qeyd edək ki, cari ilin may ayında pərakəndə ticarət məntəqələrində əczaçılıq məhsulları və tibbi ləvazimatlara xərclənən vəsaitin həcmi isə 112.5 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2.5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara alınmasına sərf olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*