“Gallup” Beynəlxalq Birliyinin Ermənistan nümayəndəliyi əhali arasında növbəti dəfə sorğu keçirib. Sorğuda respodentlərin ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirləri öyrənilib. Sorğu 25 noyabr – 2 Dekabr tarixləri arasında telefonla aparılıb və Ermənistanın bütün şəhər və rayonlarını əhatə edib.
KONKRET.az xəbər verir ki,nümayəndəliyin direktoru Aram Navasardyan bununla bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, sorğu-anketə daxil edilən “Nikol Paşinyan indi nə etməlidir?” sualına respondentlərin 38% -i baş nazirin vəzifəsini davam etdirməli, 45% -i isə istefa etməli olduğuna söyləyib”. Sorğu nəticəsində bəlli olub ki, son 5 ayda Paşinyanın nüfuzu 2 dəfə aşağı düşüb. Belə ki, bu ilin iyul ayında “Gallup”un keçirdiyi anoloji sorğuda iştirak edənlərin 85% -i Nikol Paşinyanı dəsdəklədikləri halda, dekabr ayında yalnız 38% -ni onu müdafiə edib. Respondentlərin 42% -i baş nazirin 6 aylıq böhran əleyhinə proqramı ilə tanış olduqlarını, yarısından çoxu (53%) oxumadığını söyləyib.
Respodentlərin 41% -i erkən seçkilərə ehtiyac görmədiyini, 46% -i isə seçkilərə ehtiyac olduğunu bildirib. “Respondentlərin 32% -i Ermənistanın prezident idarəetmə formasına qayıtmağı üstün tutur, 38%-i parlament formasından razıdır. 30% sorgu iştirakçısı isə suala cavab verməkdə çətinlik çəkdiyini deyib. Respondentlərin yarısından çoxu – 56 faizi “Artsax”dakı müharibədən sonra özlərini Ermənistanda təhlükəsiz hiss etmədiklərini qeyd ediblər.
KONKRET.az
