Əhalinin DİQQƏTİNƏ! – “Azərpoçt” adından saxta məktublar göndərilir – FOTObackend

Əhalinin DİQQƏTİNƏ! - “Azərpoçt” adından saxta məktublar göndərilir - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara “Azərpoçt” MMC adından göndərilən saxta məktublar barədə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, kiberdələduzlar tərəfindən göndərilən saxta məktubların məzmununda vətəndaşlara bağlamalarının çatdırılması üçün 10.2 AZN məbləğində gömrük rüsumu ödənilmədiyi bildirilir və onlardan ödənişin icrası üçün saxta keçidə daxil olmaları tələb edilir.

Daha sonra vətəndaş “Azərpoçt” MMC adına açılan saxta sayta yönləndirilir və ondan kart hesabının məlumatları istənilir. Kart məlumatları təqdim edildikdə isə hesabda olan vəsait kiberdələduzların əlinə keçir.

Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara maksimum dərəcədə diqqətli olmağı, tanımadığı şəxslərdən gələn məktublarda göstərilən keçidlərə daxil olmamağı, fərdi məlumatlarını təqdim etməməyi, sorğunun doğruluğunu alternativ əlaqə vasitələrindən istifadə edərək yoxlamağı tövsiyə edir.

Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.

“Azərpoçt” adından saxta məktublar göndərilir

  • Resmiyye
    Oktyabr 15, 2022 - 20:45

    Menim telefonuma dayaadan azərpoct yazirli c22 telefonu paletiniz gozlemededir deqiq unvan qeyd edin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*