Əhməd ata-anası və qardaşından əvvəl bacısı ilə azyaşlı qızını da öldürüb – RƏSMİbackend

Əhməd ata-anası və qardaşından əvvəl bacısı ilə azyaşlı qızını da öldürüb - RƏSMİ

Xəbər verdiyimiz kimi, bu gün Bakıda dəhşətli qətl hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bu gün Bakıda ata və anasını, o cümlədən qardaşını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun daha bir cinayəti məlum olub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı- 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*