Əhməd bizi də öldürə bilərdi – Onun taksi fəaliyyəti ilə məşğul olmasına necə icazə verilib?backend

Əhməd bizi də öldürə bilərdi – Onun taksi fəaliyyəti ilə məşğul olmasına necə icazə verilib?

Əhmədovlar ailəsinin faciəsi cəmiyyəti dərindən sarsıdıb.

İlk baxışdan normal təəssürat bağışlayan bu ailənin öz böyük dərdini ört-basdır etmək çəhdi böyük bədbəxtliyə gətirib çıxardı. İndi yaxın qohumların ah-naləsi, vaxtilə ağsaqqal, ağbirçək məsləhətləri verdiklərini xatırlatmaları heç bir işə yaramır. Bu ailədən geriyə psixi cəhətdən təhlükəli olan qatil övlad qaldı…

Bu hadisədə adamı təəccübləndirən bir sıra məqamlar və suallar var.

Birincisi, öz övladının öhdəsindən gələ bilməyən, gənc yaşından digər yaşıdının həyatına qəsd edən qatil övladını “dəlilik kağızı” ilə cəzadan azad etdirən ana təhsl sistemində necə irəliləyərək tam orta məktəbin direktoru olub?! Axı “cidanı çuvalda gizlətmək” bizim ölkəmizdə heç cür mümkün deyil. Təhsil sisteminin “ayıq-sayıq” məmurları hara baxıb?

İkincisi, ailə qatilinin Maştağa ruhi əsəb dispanserində müalicə alması və fərdi şəkildə dərmanlar qəbul etməsi iddiası digər problemi üzə çıxarır. Nədən cəmiyyət üçün böyük təhlükə mənbəyinə çevrilən xəstənin “özfəaliyyət” səviyyəsində müalicəsinə yol verilib?! Ağır psixi xəstələrə nəzarətə görə hansı qurum məsiliyyət daşımalıdır?

Psixi xəstəyə sürücülük vəsiqəsinin verilməsinə və taksi sürücüsü işləməsinə kim icazə verib? Öz övladının qəbahətini bilən valideynlər qansızcasına onun taksi sürücüsü işləməsini cəmiyyətə necə rəva görüblər? Axı həmin taksiyə minən istənilən şəhər sakininin həyatı təhlükəyə məruz qala bilərdi…

Bu və digər suallara cavab tapılması və belə problemlərin aradan qaldırılması mütləqdir. Əks halda, cəmiyyətin sütunlarına ağır zərbə vuracaq belə faciələr çox baş verəcək.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*