Ekofəallar nazirliyin girişini BAĞLADIbackend

Ekofəallar nazirliyin girişini BAĞLADI

İsveçli ekofəal Qreta Tunberq də daxil olmaqla onlarla etirazçı Norveç Neft və Energetika Nazirliyinin binasına girişi bağlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, fəallar maral çobanlarının ənənəvi olaraq istifadə etdikləri ərazilərdə külək stansiyalarının tikintisinə və istismarına qarşı çıxıblar.

“Norveç dövləti insan hüquqlarını pozur, bu isə tamamilə qəbuledilməzdir və biz bu mübarizədə həmrəylik nümayiş etdirməliyik”, – deyə Tunberq bildirib.

Qeyd olunub ki, 2021-ci ildə Krallığın Ali Məhkəməsi beynəlxalq konvensiyalara əsasən qərara alıb ki, Norveçdə tikilmiş iki külək elektrik stansiyasının fəaliyyəti bu ərazidə yaşayan saamilərin hüquqlarını pozur. Hökmdən 16 ay sonra stansiyalar fəaliyyətini davam etdirib.

Yerli maral çobanları turbinlərin yığışdırılmasını tələb edərək, onların səs-küyünün və görünüşünün heyvanları qorxutduğunu iddia edirlər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*