“Əlavə qüvvələr cəlb olundu” – Ermənistan rusların çıxarılması ilə bağlı hərəkətə keçdibackend

"Əlavə qüvvələr cəlb olundu" - Ermənistan rusların çıxarılması ilə bağlı hərəkətə keçdi

“Milli Təhlükəsizlik Xidməti Rusiya sərhədçilərinin “Zvartnots”dan çıxarılması ilə bağlı hərəkətə keçdi”.

KONKRET.az xəbər verir ki, bununla bağlı erməni KİV məlumatb yayıb.

“Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı əlavə qüvvələr cəlb edir”.

MTX-dən bildirilib ki, sərhəd qoşunlarının zəruri kadrlarla doldurulması prosesi dövri xarakter daşıyır.

Tətil mövsümündə Rusiya sərhədçilərinin geri çəkilməsinin hava limanında növbələrə səbəb olub-olmayacağı ilə bağlı suala agentlik cavab verib ki, tıxac adətən eyni vaxtda çoxlu reyslər olduqda baş verir.

“Bundan başqa, belə hallar Rusiya sərhədçiləri ilə birgə xidmət zamanı tez-tez baş verib”, – deyə xidmətdən bildirilib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*