Rusiya və Ukrayna arasında meyitlərin növbəti mübadiləsi baş tutub.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, Belarus sərhədindəki “Novaya Quta” sərhəd-keçid məntəqəsində baş tutan mübadilə nəticəsində Rusiya Ukraynaya 252 meyit təhvil verib, əvəzində 25 meyit təhvil alıb.
