Quba rayonunun Amsar kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb.
KONKRET.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadla məlumatına görə, nəticədə avtomobilin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi və elektrik dirəyi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
