“Əli Həsənov Amerikaya uçur ki, Fətulla Gülənin yanında bir təsbeh çəksin” – AÇIQLAMAbackend

"Əli Həsənov Amerikaya uçur ki, Fətulla Gülənin yanında bir təsbeh çəksin" - AÇIQLAMA

“Əli Həsənov FETÖ yaranandan oranın üzvüdür”.

Bunu KONKRET.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Hafiz Hacıyev bildirib ki, ölkə prezidentinin və dövlətçiliyin qorunması üçün həyatını təhlükəyə atır: “Dəfələrlə mən demişəm ki, ölkə daxilində kifayət qədər FETÖ-çu var. Azərbaycanda 5-ci kolon FETÖ kimi bir şeydir. Bunun da başında Ramiz Mehdiyev durur. Bir neçə il öncə Əli Həsənovun FETÖ ilə əlaqələrinin gizli əlaqələrinin olması ilə bağlı komitə rəhbəri məlumat vermişdi. O vaxt həmin komitə rəhbəri söyləmişdi. Ramiz Mehdiyevin başçılıq etdiyi və  Əli Həsənovun da daxil olduğu Azərbaycanda güclü FETÖ qruplaşması var. Biz bunun üzərini açanda bizə böyük hücumlar oldu. Ona görə də demək istəyirəm ki, Əli Həsənov yeni FETÖ üzvü deyil. Azərbaycanda bu qruplaşma yaranandan oranın üzvüdür.  FETÖ-nun üzvü tək Əli Həsənov deyil. Mübariz Mənsimov da dedi ki, gedib Fətullah Gülənlə görüşdüm, o da mənə təsbeh hədiyyə verdi. Deməli bu əlaqələr çoxdan var”.

Hafiz Hacıyev bildirib ki, Azərbaycanda FETÖ-nun başında 5-ci kolonun üzvü və xaç atası Ramiz Mehdiyev dayanır. Nə qədər mənəviyyatını itirən, arvadı erməni olanlar vəzifəyə yerləşdirildi: “Lakin onların hər biri cənab Prezident tərəfindən vəzifələrindən uzaqlaşdırıldı. Əli Həsənov FETÖ-da xırda adamdır. Məndə olan məlumata görə, Əli Həsənov Amerikaya uçur. İstəyir ki, FETÖ-nun yanında o da bir təsbeh çəksin. Ramiz Mehdiyev və Əli Həsənovun aldıqları milyardlar sizcə nəyin hesabına olub. Ayda aldıqları 1500 manata bu qədər var-dövlətə sahib olmaq qeyri-mümkündür. Onların hər biri FETÖ-nun üzvüdür. 30 ildir ki, onlara görə Dağlıq Qarabağ problemi həll edilməmiş qalır. Əli Həsənov orada Ramiz Mehdiyevin sağ əli idi. Əli Həsənov, onun ətrafı araşdırılmalıdır. Ən önəmlisi isə Əli Həsənov barəsində İnterpola axtarış verilməli və Ramiz Mehdiyevdən aldığı tapşırıqları etiraf etməldir. O tapşırıqlar əsasında harda Azərbaycanın imicinə zərbə vurub. Xaricdə yayımlanan internet televiziyalarına hansı yalançı məlumatlar göndərilib və hansı məqsədlə bütün bunların üstü açılmalıdır. Kərimov Əliyə ayda kimlərin vasitəsilə nə qədər pul veriblər. Hamısı açılıb ortaya qoyulmalıdır”

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*