Əli İnsanov qeydiyyat üçün 5 min üzvün siyahısını təqdim etdibackend

Əli İnsanov qeydiyyat üçün 5 min üzvün siyahısını təqdim etdi

Haqq-Ədalət Partiyası siyasi partiyalar haqqında yeni qəbul olunmuş qanuna uyğun olaraq tələb olunan 5 min üzvünün imzalı siyahısını hazırlayıb. 

KONKRET.az xəbər verir ki, bu barədə HƏP-in yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, siyasi partiyalar haqqında yeni qəbul olunmuş qanuna əsasən dövlət qeydiyyatına alınması üçün HƏP-in 5223 nəfər partiya üzvünün imzaladığı sənəd hazırdır. Digər tələb olunan sənədlərlə birlikdə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə təqdim olunacaq.

Bundan başqa partiya üçün yeni ofis icarəyə götürülüb və HƏP təşkilatların fəaliyətini buradan idarə edəcək.

Bu günkü İdarə Heyətinin iclasında sədrin kürd və yəhudi vətəndaşlarla iş üzrə müşavir vəzifəsi təsis edilib. Səxavət Məmmədov kürd, S.Abramoviç yəhudi vətəndaşlarla iş üzrə müşavir təyin ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*