Azərbaycan cəmiyyətində Əli Kərimli və onun kimi “siyasi”ləri artıq heç kim ciddi qəbul etmir. Nə “siyasi çəki”, nə “siyasi eloktrat”, nə də “siyasi polemika” Əli Kərimlinin itmiş nüfuzuna yapışmır. Kərimli artıq məişət səviyyəli dedi-qodu həvəskarı, erməni dəyirmanına su tökən “milli satqın” və ya maskası cırılan sıravi Əli kimi xatırlanır. Ən maraqlısı isə odur ki, bütün bu “adları” Əli Kərimli öz “fəaliyyəti və addımları” ilə qazanıb. Yəni daha şüvənlik edib “hökumət bizi qaralamağa çalışır” kimi siyasi həyasızlıqlara yol vermək cəmiyyətə keçmir. Artıq insanlar tükü-tükdən, ağı-qaradan seçməyi yaxşı bacarır.
“Siyasi karyera”sı iflasa uğrayan Kərimlinin son vaxtlar bəxti də gətirmir. Gah düşünmədən danışmaqla, erməniləri tərifləməklə özünü daha da batırır, gah da lazım olmayan yerdə ağzından söz çıxarmaqla şəxsini biyabır edir. Bu dəfə isə Əli Kərimli ətrafındakılara vermək istədiyi tapşırıqları sosial şəbəkə hesabında paylaşmaqla özünü əməlli-başlı “yandırıb”. Söhbətin tüstüsü isə bir neçə dəqiqə ərzində bütün ölkəni bürüyüb. Beləliklə Əli Kərimli yenidən öz iç üzünü və əsl simasını özü açıb. Amma Kərimlinin söhbətinin tüstüsü bacadan çıxmadığı üçün onun bu dəfə “boğulma” ehtimalı çox böyükdür.
Deməli, AXCP sədri statusunda həbsdə olan Tofiq Yaqublunun xanımı Maya Yaqublunun aclıq aksiyası keçirməsindən, onun yanına niyə getməməsindən danışıb. Adam o qədər riyakardır ki, bu məsələ ətrafında da siyasi oyun qurmağa çalışıb. Kərimli cəbhəçiləri də saxta aclıq aksiyasına dəvət edib ki, guya Maya xanıma dəstək sərgiləsin. Sonra da gedib Tofiq Yaqublunun xanımından aclıq aksiyasını dayandırmağı xahiş etsin. Məşhur filmdə deyildiyi kimi: “Uşaqda fərsaətə bax”. Yəqin ki, balaca Əlinin böyüyüb bu qədər riyakar, ikiüzlü olacağı heç kimin ağlına gəlməzdi. Yoxsa elə uşaqlıqdan “amaravati, amaravati, çandrika” oxuyaraq ona sehr edərdilər. Bəlkə bunu etsəydilər, Əli Kərimli indi insanları saxta aclığa səsləməz, Tofiq və Maya Yaqubluların məsələsi üzərindən siyasi oyun oynamağa cəhd göstərməz və beləcə özünü növbəti dəfə “yandırmazdı”. Amma gecdir, Kərimlinin maskası cırıldı və siması yenə yerlə bir oldu. Görəsən “cızzz” edir Əli Kərimli?

Müşviq Tofiqoğlu,
KONKRET.az
