Əliyar Ağayev UEFA-dan yeni təyinat aldıbackend

Əliyar Ağayev UEFA-dan yeni təyinat aldı

FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

KONKRET.az xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olacaq. Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.

Noyabrın 5-də Bolonya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*