Əliyev və Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdilər: Ulu Öndərin məzarı önünə əklillər qoyuldu – CANLI YAYIMbackend

Əliyev və Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdilər: Ulu Öndərin məzarı önünə əklillər qoyuldu - CANLI YAYIM

Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

KONKRET.az xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.

Ölkə liderləri daha sonra Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edərək şəhidlərin əziz xatirəsini yad ediblər.

Daha sonra Prezidentlər Qələbə paradına qatılacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*