Elmar Məmmədyarov Türkiyədə səfərdədirbackend

Elmar Məmmədyarov Türkiyədə səfərdədir

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 24-cü iclasında iştirakı məqsədilə Türkiyə Respublikasında işgüzar səfərdədir.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu gün Antalyada Elmar Məmmədyarov başda olmaqla ölkəmizin geniştərkibli heyətinin iştirak edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 24-cü iclası keçiriləcək.

Katibliyi Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub.  Azərbaycan 1992-ci ildən İƏT-in üzvüdür və təşkilatda ən fəal ölkələrdəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*