KONKRET.az xəbər verir ki, Elnur Kələntərov Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub. Qeyd edək ki, bununla bağlı məlumatı o, özünün facebook statusunda paylaşıb: “Yeni ilin ilk gününə gözəl xəbərlə başladım. Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunmağım (bundan əvvəl müavin vəzifəsində çalışırdım) xəbəri nə qədər sevinclə qarşılandısa, bir o qədər də işimə olan məsuliyyətimi daha da artırdı. Çalışacağam ki, Xidmət rəisi cənab Vüsal Hüseynovun mənə gözstərdiyi yüksək etimadı doğrulda bilim. Təşəkkür, cənab General ! Dostlar, Yeni ilə yeni layihələrlə İRƏLİ !!!
P.S. Ümid edirəm dəyərli mediya nümayəndələri bu il də işimdən narazı qalmayacaqlar. Hər bir halda bunun üçün kişi kimi işləyəcəm !!!”
KONKRET.az-ın kollektivi Elnur Kələntərovu təbrik edir, ona yeni ildən böyük müvəffəqiyyətlər arzulayır.
