Elşad Namazov vəzifəsindən getdibackend

Elşad Namazov vəzifəsindən getdi

Abşeron Logistika Mərkəzinin Marketinq və Kommunikasiya Departamentinin direktoru Elşad Namazov vəzifəsindən ayrılıb.

KONKRET.az xəbər verir ki, bu barədə E.Namazov paylaşım edib.

O, mərkəzdə 8 illik fəaliyyətini tamamladığını bildirib.

Elşad Namazovdan gözlənilməz ayrılıq: Vəzifəsindən getdi - Foto

“8 il çalışdığım Abşeron Logistika Mərkəzində artıq missiyamı tamamladım. Bu, sadəcə bir vidalaşma deyil, həm də 8 illik təcrübənin, inkişafın, dostluqların və dəyərlərin xatirəsidir.

Bu illər ərzində Abşeron Logistika Mərkəzində böyük hədəflərin reallaşdırılmasında, strateji layihələrin həyata keçirilməsində və güclü komandanın formalaşdırılmasında iştirak etmək mənim üçün qürurvericidir”, – deyə qeyd edib.

Qeyd edək ki, Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci il tarixində fəaliyyətə başlayıb. E. Namazov Abşeron Logistika Mərkəzində 2018-2024-cü illərdə Marketinq və Kommunikasiya şöbəsinin müdiri, 2024-cü ildən etibarən isə Marketinq və Kommunikasiya Departamentinin direktoru vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*