Pakistanda məscid yaxınlığında terror aktı: ölənlərin sayı 31-ə çatıbbackend

Pakistanda məscid yaxınlığında terror aktı: ölənlərin sayı 31-ə çatıb

Pakistanın şimal-qərbində yerləşən Kohat şəhərində məscid yaxınlığında baş verən terror aktı nəticəsində azı ölənlərin sayı 31 nəfərə çatıb, 100-dən çox insan yaralanıb.

KONKRET.az AFP-yə istinadən xəbər verir ki, ölənlər arasında 16 polis əməkdaşı da var.

Məlumata görə, hadisə Xeybər-Paxtunxva əyalətində “Police Lines” kompleksinin ərazisində yerləşən məscidin yaxınlığında baş verib. İntiharçı terrorçu partlayış törədib.

Daha sonra hüquq-mühafizə orqanları ilə hücum edənlər arasında atışma olub. Əməliyyat zamanı altı hücumçunun zərərsizləşdirildiyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*